AZ

Samux rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində şəhid övladlarının iştirakı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” şənliyi təşkil olunub. 

 

 

Samux rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, qazilərin, eləcə də aztəminatlı ailələrin övladları üçün “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” şənliyi təşkil edilib. 

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, aztəminatlı ailələrin övladları,qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb və onları bayram münasibətilə təbrik edib.

Şənlik uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. 

Tədbirin sonunda Şaxta baba və Qar qız tərəfindən uşaqlara yeni il hədiyyələri təqdim olunub.

Seçilən
34
18
modern.az

10Mənbələr