Vətəninfo.az xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, ölkənin XİN başçısı Abbas Əraqçı İranla ABŞ arasında rabitə kanalının kəsildiyini deməyib.
Onun sözlərinə görə, İran və ABŞ arasında ənənəvi rəsmi əlaqə kanalı mövcuddur və bu, İsveçrədəki ABŞ Maraqlarının Müdafiəsi Ofisi və Vaşinqtondakı İran Maraqlarının Müdafiəsi Ofisi vasitəsilə həyata keçirilir. Bu kanal hələ də fəaliyyət göstərir.
Bəqayi qeyd edib ki, Əraqçı ilə ABŞ-nin xüsusi nümayəndəsi arasında baş tutan əlaqə də məhz bu kanal üzərindən qurulub.
O əlavə edib ki, Əraqçının demək istədiyi məsələ hazırda yeni əlaqəyə ehtiyac olmamasıdır və bu, rabitə kanalının bağlanması anlamına gəlmir.