AZ

Şuşa Bank və Sığorta Binası tikilib

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"PMD Projects" şirkəti tərəfindən Şuşa Bank və Sığorta Binasının inşası yekunlaşdırılıb.

Marja.az xəbər verir ki, Şuşa şəhərinin Qarabağ küçəsində yerləşən bina azad edilmiş ərazilərdə "PMD Projects" tərəfindən "PMD Group"un sifarişi ilə həyata keçirilən mühüm layihələrdən biridir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dörd mərtəbədən ibarət olan bina müasir tələblərə uyğun şəkildə layihələndirilib və bölgənin iqtisadi infrastrukturunun inkişafına xidmət edir.

Binada "Kapital Bank" ASC-nin,"PAŞA Bank" ASC-nin, "PAŞA Sığorta" ASC-nin və "PAŞA Həyat Sığorta" ASC-nin filialları yerləşəcəkdir. 

Bu gönderiyi Instagram'da gör

PMD Projects LLC (@pmdprojectsllc)'in paylaştığı bir gönderi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
16
marja.az

10Mənbələr