Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən Mezze bölgəsində partlayış baş verdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Suriya mətbuatının məlumatına görə, Mezze bölgəsi yaxınlığında güclü partlayış səsi eşidilib və hadisənin səbəbi ilə bağlı araşdırmalar davam etdirilir.
Partlayışdan sonra ərazidə hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.
Yerli sakinlər arasında təşviş yaranıb, lakin rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu bildirir.
Partlayışın səbəbinin texniki nasazlıq, təxribat və ya başqa bir faktor olub-olmadığı yaxın günlərdə aparılacaq araşdırmalar nəticəsində müəyyənləşəcək.