Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Ukraynanın Jitomir şəhərində yaşayan bütün azərbaycanlılar adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Qürur duyuruq ki, qüdrətli Azərbaycanın Sizin kimi qətiyyətli lideri, Müzəffər Ali Baş Komandanı var. Siz istedadlı və uzaqgörən dövlət başçısı olaraq Azərbaycanın adını zirvələrə qaldırmısınız, ölkəmizin ərazi bütövlüyünü təmin etmisiniz. Jitomirdə yaşayan azərbaycanlılar Sizin fədakar, yorulmaz və əzmkar fəaliyyətinizdən ilhamlanaraq böyük ruh yüksəkliyi ilə çalışır, ölkəmizi layiqincə təbliğ və təmsil etmək üçün var qüvvələri ilə səy göstərirlər.
Möhtərəm Prezident, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycanın daha da inkişafı və rifahı naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.
Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!
Dərin hörmətlə,
İlqar Məmmədov
Ukrayna Azərbaycanlılarının Həmrəylik Konqresinin sədri