AZ

Bir ay əvvəl təyin olunan icra başçısı niyə işdən çıxarıldı?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovu vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, Teleqraf bir ay öncə təyin olunan icra başçısının qısa müddət ərzində vəzifədən azad olunmasının təfərrüatlarını öyrənib.

Məlum olub ki, Elxan İbrahimov rayon ərazisində bərpa-quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, Rayon İcra Hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşları işdən çıxarıb. İşdən çıxarılanlar arasında 4 ildir icra başçısının müavini vəzifəsində çalışan Ramiz Quliyev də olub.

Ümumi narazılıq fonunda icra başçısı bir ay öncə təyin olunduğu vəzifədən çıxarılıb.

Seçilən
14
50
publika.az

10Mənbələr