AZ

Uşaqlar arasında respirator viruslar sürətlə YAYILIR Valideynlərə TÖVSİYƏ

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Hazırda ölkəmizdə epidemioloji vəziyyət mürəkkəb olaraq qalır. COVID-19 hələ tam yoxa çıxmayıb və omikron ştammının mutasiyaya uğramış variantları yayılmaqdadır. Eyni zamanda uşaqlar arasında influenza (qrip) və respirator-sinsitial virus kimi digər epizodik viruslar da müşahidə olunur. Xüsusilə respirator-sinsitial virus daha ağır gedişə səbəb ola bilər".Bunu Demokrat.az-a açıqlamasında infeksionist Adil Qeybulla deyib. O, bildirib ki, viruslar RNT tərkibli olduğundan mutasiyalara meyllidir və xəstəliyin simptomları dəyişə bilər:"Yoluxmuş uşaqlarda burun tutulması, öskürək, asqırma, yuxarı tənəffüs yollarının iltihabı, halsızlıq, qızdırma, bəzən isə bel və baş ağrıları müşahidə edilir. Valideynlərə tövsiyə olunur ki, xəstə uşaqları məktəbə göndərməsinlər, evdə yataq rejimi təmin etsinlər və bol maye qəbul etmələrini təmin etsinlər. Antibiotiklər viruslara təsir etmir, buna görə uşaqlara özbaşına antibiotik verilməməlidir. Bədən hərarəti 38.4°C-dən yuxarı olduqda isə həkim nəzarəti altında parasetamol və ya digər qızdırmasalıcılar istifadə oluna bilər".Ekspert bildirib ki, xəstələnmiş uşağın məktəbə getməsi virusun yayılmasına səbəb olur:"İctimai nəqliyyatda isə həm xəstələrin, həm də sağlamların maska istifadə etməsi tövsiyə olunur ki, bu, yoluxmanın qarşısını almağa kömək edir və epidemiyanın yayılmasının qarşısını alır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
12
demokrat.az

10Mənbələr