AZ

Təhsil eksperti attestatla ali məktəblərə qəbuldan DANIŞDI

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün keçirilən “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2025-ci ilin yekunlarına dair” brifinqdə bir sıra fikirlər səsləndirib. Eyni zamanda attestatla digər ölkələrdə ali məktəblərə qəbul məsələsindən də danışıb. O, bu universitetlərin diplomlarının tanınıb-tanınmaması məsələsinə toxunaraq qeyd edib ki, tanınma üçün ilk şərt ali təhsil müsəsissələrinin akkreditasiyasıdır.  

Bəs xarici universitetlərə attestatla qəbul aparılan zaman bu nüanslar nəzərə alınırmı?

Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, ali təhsil müəssisəsinin akkreditasiyadan keçməsi əsas şərtdir:

"Xarici ali təhsil müəssisələri attestatla qəbul aparılan zaman bu nüanslar diqqətə alınmır. O attestatla qəbul olunduqdan sonra həmin diplom gəlib Azərbaycanda tanıdılanda, təsdiqlənəndə, təbii ki, bunların hamısına diqqət yetirilir. Söhbət Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin özünün xarici diplomları tanınmasından gedir. Tanınması zamanı müəyyən şərtlər nəzərdə tutulur. Attestatla həmin ali təhsil müəssisəsinə qəbul prosesində Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin heç bir rolu, heç bir fikri, təsiri yoxdur".

Onun sözlərinə görə, ali təhsil müəssisəinə qəbul olmaq tələbənin işidir:

"Həmin yerə də qəbul etmək ali təhsil müəssisəsinə xas olan bir xüsusiyyətdir. İstəyər qəbul edər, istəyər qəbul etməz. Bu yöndə müstəqildir. Təhsildə Keyfiyyətin Təminatı Agentliyi sadəcə həmin ali təhsil müəssisəsində təhsil müddətini bitirdikdən sonra həmin ölkə tərəfindən verilən təhsil diplomunun Azərbaycanda tanınmasına baxır".

R.Nurəliyev vurğuladı ki, bəzi ali təhsil müəssisələrində bəzi tələbələrin diplomlarının natamam təsdiq olunması həyata keçirilir:

"Bəzi xarici ali təhsil müəssisələrindən diplomlarını alan vətəndaşların müraciəti, xüsusilə də hüquq ixtisası, tibb ixtisası üzrə müraciəti əsasında, hər hansı bir əskikliyi varsa və yaxud da natamamlığı varsa, bunların diplomları natamam təsdiq olunur və hərbi xidmətə gedildiyi təqdirdə də onlara müəyyən arayışlar verilir. Əskikliyi tamamlandıqdan sonra həmin tələbə imtahan oluna bilər. Həmin imtahanlar yekunlaşdıqdan sonra təkrar olaraq müraciət olunur və diplomun tam olaraq təsdiqi həyata keçirilir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
20
redaktor.az

10Mənbələr