AZ

224 Milli Qəhrəmandan 14-ü həyatdadır - ADLAR+FOTO

İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçmüşdü.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanlarının sayı 224 nəfərdir. 

Sonucu dəfə Prezident İlham Əliyev 7 noyabr 2025-ci il tarixində iki şəhidə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə baş leytenant Vaqif Bəxtiyar oğlu Qurbanov (ölümündən sonra) bu fəxri ada layiq görülüb.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Silahlı Qüvvələrin giziri Pəncəli Nurməmməd oğlu Teymurov da (ölümündən sonra) fəxri adı alıb.

Modern.az-ın məlumatına görə, Milli Qəhrəmanlardan cəmi 14 nəfəri həyatdadır.

Onların adlarını təqdim edirik:

1. Bəxtiyar Allahverdiyev
2. İntiqam Atakişiyev
3. Rövşən Əkbərov
4. Vahid Quliyev
5. Mirzə Quliyev
6. Fəxrəddin Cəbrayılov
7. Ehtiram Əliyev
8. Fariz Qəhrəmanov
9. Mədət Quliyev
10. Zabit Quliyev
11. Fariz Mədətov
12. Mövsüm Məmmədov
13. Sahil Məmmədov
14. İbad Hüseynov

Seçilən
29
41
modern.az

10Mənbələr