AZ

Zorakılıq halları gender baxımından bərabərləşir: Kişilərə şiddət niyə artır?

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"2025-ci ildə təqdim edilən statistika göstərir ki, təəssüf ki, cəmiyyətdə şiddət halları artıb. Əvvəllər, müstəqilliyin ilk illərində, gender bərabərliyi ilə bağlı qanunların qəbulu, qadınların problemləri ilə məşğul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin regionlarda icra hakimiyyətlərinin müvafiq şöbələrinin fəaliyyəti qadınların sosial həyatda iştirakını təmin etməkdə mühüm rol oynayıb. Bu istiqamətdə ölkəmizdə ciddi addımlar atılıb".Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib. O, bildirib ki, modernləşmə və bərabərliyin artması fonunda artıq belə statistikalara rast gəlirik ki, məişət zəminində kişilərin də zorakılığa məruz qalması halları artır:"Bu həm də göstərir ki, cəmiyyətdə hüquqların bərabərliyi istiqamətində müəyyən irəliləyişlər olsa da, yeni vəziyyət əlavə hüquqi və maarifləndirmə tədbirlərini tələb edir".Sosioloq bildirib ki, qərb ölkələrində zorakılıq halları bəzən kişilər və qadınlar arasında bərabərləşir:"Bizdə isə qadınların zorakılığa məruz qalması statistikası azalmaqda olsa da, kişilərlə bağlı hallar artmaqdadır. Bu isə göstərir ki, maarifləndirmə təkcə qadın hüquqları ilə məhdudlaşmamalı, kişilərin də hüquqlarının müdafiəsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüsləri artırılmalı və genişləndirilməlidir".Qeyd edək ki, bu il 63 kişi məişət zorakılığına məruz qalıb. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
4
demokrat.az

10Mənbələr