2025-ci il seçkiləri qlobal siyasi mənzərəni yenidən formalaşdırsa da, bir neçə ilkə imza atdı
Avropa, Asiya, Afrika və Cənubi Amerikanın bir çox ölkəsində keçirilən bu ilki seçkilər, Yaponiyanın ilk qadın baş naziri və Nyu-Yorkun ilk müsəlman meri də daxil olmaqla, bir neçə ilkə şahid oldu.
Bu il Avropadan Asiyaya, Afrikadan Latın Amerikasına qədər uzanan geniş coğrafi ərazidə müxtəlif vaxtlarda seçkilərin keçirildiyi bir il oldu.
Seçkilərə qatılan çoxsaylı ölkələr təkcə milli siyasi tarazlıqları deyil, həm də regional güc münasibətlərini və qlobal tendensiyaları yenidən formalaşdırdı. Bəzi ölkələrdə mövcud hökumətlər öz mövqelərində davam etdilər, digərlərində isə siyasi səhnədə yeni bir nəfəs yarandı.
2025-ci il seçkilərində Yaponiyada ilk qadın baş nazir, Nyu-Yorkda ilk müsəlman mer və türk parlament üzvü Kanadada yer qazanıb.
Seçki küləkləri Avropada əsdi.
Xorvatiyada 12 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda Sosial Demokrat Partiyasının dəstəklədiyi hazırkı prezident Zoran Milanoviç öz yerini qoruyub saxladı.
Belarusda 26 yanvarda keçirilən prezident seçkilərində əvvəlki altı seçkinin hamısında qalib gələn hazırkı prezident Aleksandr Lukaşenko etibarlı səslərin 86,82%-ni toplayaraq yeddinci müddətinə seçildi.
9 fevralda Kosovoda keçirilən ümumi seçkilərdə hazırkı Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi Özmüqəddəratını Təyin Etmə Hərəkatı (Vetevendosje) səslərin 42,3%-ni, Kosovo Demokratik Partiyası (PDK) 20,9%-ni, Kosovo Demokratik Liqası (LDK) 18,2%-ni və Kosovonun Gələcəyi Naminə Alyans (AAK) 7,06%-ni topladı.
Almaniyada ifrat sağçı AfD-nin yüksəlişi narahatlıq doğurub
Kanada və Qrenlandiyadakı seçkilər "Tramp mübahisələri"nin kölgəsində baş tutdu.
Yaponiyada ilk dəfə olaraq qadın baş nazir vəzifəsinə təyin olunub.
Mamdani Nyu-Yorkun ilk müsəlman meri oldu
Boliviyada mərkəz-sağçı namizəd 20 illik solçu hakimiyyətinə son qoydu.
Şimali Kipr Türk Respublikası xalqı yeni prezidentlərini seçdi.
İraqda ümumi seçkilər keçirildi.
Seçki nəticələrinin açıqlanmasından bir gün əvvəl Qvineya-Bisauda çevriliş baş verdi.
aia.az
Tərcümə şöbəsi