AZ

XƏBƏRDARLIQ: Bu yeni il hədiyyələrini qətiyyən almayın

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yeni il və bayram günlərində uşaqlara paylanan hədiyyə qutularının tərkibində olan şirniyyatlar sağlamlıq baxımından risklər yarada bilər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.

“İstər yeni il, istərsə də Novruz bayramında uşaqlara təqdim olunan hədiyyələr əsasən müxtəlif şirniyyatlardan ibarət olur. Bu hədiyyələr uşaqlara sevinc bəxş etsə də, onların tərkibinə diqqət yetirilməlidir. Çünki bəzi hallarda bu məhsullar uşaqların sağlamlığı üçün təhlükə yarada bilir”.

Asim Vəliyev qeyd edib ki, əsas risk amillərindən biri şirniyyatların tərkibində şəkərin normadan artıq olmasıdır.

“Yüksək şəkər miqdarı dişlərin çürüməsinə səbəb olur, erkən yaşlarda diş problemlərinin yaranmasına gətirib çıxarır və uşaqların iştahasına mənfi təsir göstərərək normal qidalanmanı pozur”.

Ekspert həmçinin süni rəngləndiricilərə diqqət çəkib. Onun sözlərinə görə, bəzi konfet və jele məhsullarında istifadə olunan süni boyalar allergik reaksiyalara səbəb ola, dəridə səpgilər və qaşınma yarada bilər. Bəzi uşaqlarda isə bu maddələr hiperaktivliyə yol açır.

Konservantların da təhlükəli olduğunu vurğulayan Asim Vəliyev bildirib ki, uzunömürlü şirniyyatlarda istifadə edilən qoruyucu maddələr mədəyə mənfi təsir göstərir, qarın ağrısı və ürəkbulanma yaradır. Xüsusilə həssas uşaqlarda bu əlamətlər daha tez müşahidə olunur.

Ekspert keyfiyyətsiz şokoladlara da diqqət çəkib. Belə məhsullarda kakao miqdarının az, əvəzində bitki yağlarının çox olduğunu deyən Asim Vəliyev qeyd edib ki, bu yağlar uşaqların həzm sistemini yükləyir və uzunmüddətli istifadə piylənməyə səbəb ola bilər.

“Bundan əlavə, hədiyyə qutularında olan xırda konfetlər boğulma riski yaratdır. Xüsusilə 3–6 yaşlı uşaqlar üçün bu ciddi təhlükədir”.

Asim Vəliyev valideynlərə tövsiyə edib ki, uşaqlara verilən hədiyyələrin tərkibini mütləq yoxlasınlar, son istifadə tarixlərinə və şirniyyatların miqdarına nəzarət etsinlər.

“Ev şəraitində daha sağlam alternativlər – meyvə quruları və evdə hazırlanmış şirniyyatlar uşaqlar üçün daha faydalı seçim ola bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
14
konkret.az

10Mənbələr