Yazını böyüt
Yazını kiçilt
Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luislə müqavilənin uzadıldığını rəsmi şəkildə elan edib.
Hafta.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yeni razılaşma 2027-ci ilin dekabr ayının sonunadək qüvvədə olacaq.
"Flamenqo" Luisin rəhbərlik etdiyi dövrdə Braziliya çempionatı, Braziliya Kuboku və Libertadores Kubokunu qazanaraq Cənubi Amerikanın ən güclü kollektivlərindən biri statusunu möhkəmləndirib.