ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynalılar qaranlıqda və soyuqda oturanlar artıq Rusiyanın "köməyini" hiss edirlər...
...Əvvəla bidirim ki, “Facebook”da yer alan bu yazı Oksana Kovalenkonun ilk yazısı deyil.
SİA xatırladır ki, o, bu səpkili yazılarla müntəzəm olaraq sosial setlərdə, əsasən də “Facebook”da görünür.
Onun “Facebook”da yer alan sonuncu yazısını diqqətinzə çatdırıram...
...Tramp: “Rusiya kömək edəcək. Rusiya Ukraynanın uğurlu olmasını istəyir. Bilirəm ki, bu qəribə səslənir, amma mən bunu prezidentə izah etdim. Putin çox səxavətli olub və Ukraynanın çiçəklənməsini istəyir, o cümlədən Ukraynaya çox aşağı qiymətlərlə enerji və elektrik enerjisi təchizatı ideyası.”
...Putinlə bugünkü (dünənki-A.B.) telefon danışığından bir çox yaxşı nəticələr əldə edildi.
Bu, sadəcə olaraq, iyrəncdir. Rusiya kömək edəcək. Bəli, biz qaranlıqda və soyuqda oturaraq bu köməyi hiss edirik.
Və bu, “Ukraynaya aşağı qiymətlərlə enerji və elektrik enerjisi təchizatıdır”.
Trampa Rusiyanın hücumlarından əvvəl Ukraynanın özü çoxlu elektrik enerjisi istehsal edib Avropaya təchiz etdiyini necə xatırlada bilərəm?
Və enerji üçün Rusiyaya güvənməyin özünü tamamilə itirmək demək olduğunu necə izah edə bilərəm - Belarusa baxın.
Ciddi deyirəm, bu cəfəngiyatın kimə yönəldiyini başa düşmürəm? Və mənim ən sevdiyim: “35 il davam edən müharibəyə son qoydum. Bir gündə başa vurdum. Bu müharibə (Rusiyanın Ukraynaya qarşı təcavüzü) daha mürəkkəbdir.”
“Ukraynadakı müharibəni 24 saat ərzində dayandıracağam” ın yaradıcısından...
Əli Babayev
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.