AZ

Pensiyadan əvvəl ölən vətəndaşın kapitalı vərəsəsinə verilsin!-Əli Məsimli

"Konstitusiya və Süverenlik ili başa çatır. Suverenlik-böyük sərvətimiz,daha böyük hədəflərə nail olmaq imkanıdır. 2025-ci il-Konstitusiya və Süverenlik ili başa çatır. Suverenlik-böyük sərvətimiz, daha böyük hədəflərə nail olmaq imkanıdır.Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsindəki möhtəşəm zəfərimizin davamı və xalqımıza böyük qürur gətirən şanlı səhifə kimi tariximizə əbədi yazılan 2023-cü ilin 19-20 sentyabrda keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında olan tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də iki əsrlik bir problemi həll etdi. Ona görə də 2023-cü il sentyabrın 19-u və 20-də antiterror əməliyyatı həyata keçirilib süverenliyimizi tam bərpa etdiyimiz həmin günü iki əsrə barəbər gün adlandırmaq olar".

Redaktor.az xəbər verir ki, bu fikirləri millət vəkili Əli Məsimli feysbuk hesabında yazıb.

"Azərbaycan Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir:Beynəlxalq hüquqa və ədalətə əsaslanaraq yaratdığı yeni reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu.Azərbaycanın ərazi bütövlüyünün bərpası və süverenliyin təmin olunması uğrunda mübarizədəki möhtəşəm qələbəsi sayəsində yaratdığı yeni situasiyada Cənubi Qafqazda uzun illər tətbiq edilən təsir rıçaqları artıq öz təsir gücünü itirib,diqtə olunan köhnə qaydalar da artıq işləmir.Bu kontekstdə Azərbaycan beynəlxalq münasibətlər sistemində yeni orbitə çıxır.

Bu ilin avqustunda Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannamə xüsusi əhəmiyyət daşıyır.Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında SAZİŞ Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən və süverenliyimiz təmin edən bir günlük antiterror əməliyyatından sonra Cənubi Qafqazın siyasi tarixində baş verən ən önəmli hadisələrdən biridir.Azərbaycan və Ermənistan arasında imzalanan Cənubi Qafqazın perspektiv geosiyasi düzəni ilə bağlı beynəlxalq aləmdə ciddi rezonans doğuran Vaşinqton razılaşmaları yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini şəkilləndirməsi baxımından mühüm hadisədir.Beş il bundan əvvəl hərb meydanında və iki il bundan əvvəl antiterror əməliyyatın zamanı tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı. Vaşiqton razılaşması əslində Azərbaycan və Ermənistanı böyük sülhə aparan Yol Xəritəsidir.Bu mühüm sənəddə nəzərdə tutulanların sistemli şəkildə həyta keçirlməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayıb və regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni kitabda yeni səhifələr açıb.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin vüsəti getdikcə artır,Böyük Qayıdışın dairəsi genişlənir.2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla büdcədən işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı ildə əlavə 3,5 milyard manat və ya büdcə xərclərinin 8,4 faizi qədər əlavə vəsait yönəldiləcək. Bu, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək.

Həmişə olduğu kimi, bu il də Milli Məclisdə və mətbuatda qaldırdığımız məsələlər içərisində seçicilərin bizə müraciətləri zamanı qaldırılan məsələlər əsas yer tutub. Bu kontekstdə 2026-cı ilin büdcə zərfinin müzakirəsi zamanı qaldırdığımız məsələlər arasında aktual iqtisadi və sosial məsələlər eləcə də regionlardakı vəziyyət üstünlük təşkil etdi.2022‒2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası”nda paytaxtla regionlar arasında tarazlığın təmin edilməsi məsələsi xüsusi yer tutur.Dörd regional inkiaf proqramı çərçivəsində bu istiqamətdə, xüsusən də infrastruktur layihələrinin reallaşdırılması istiqamətində xeyli iş görülüb.Lakin görülməsi vacib olan işlər də çoxdur. Onların arasında yerlərdə sosial həyatın yaxşılaşdırılması, yaşamaq və işləmək üçün normal şəraitin yaradılması məsələsi xüsusi yer tutur.Noyabrın 12-də Prezident İlham Əliyev yeni təyin olmuş icra hakimiyyəti başçıları ilə görüşü zamanı bu konteksdə bildirib ki, regionara münasibətdə iqtisadi, sosial və ekolişi yanaşma bir-birini tamamlamalı, “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir”.Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır.”Bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir və bu istiqamətdə təsirli tədbirlər görülməlidir.”Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir.”

Dövlət başçısının həmin fikirlərinə istinaq edərək Milli Məclisdə regionlarda iqtisadi fəallığın artırılması,kiçik və orta biznesin dairəsinin genişləndirilməsi,yaxşı maaşlı iş yerlərinin açılması,yerlərdə həllini gözləyən bir sıra məsələlərin həllinin sürətləndirilməsinin vacibliyin bildirdik:

Bu kontekstdə bildirdik ki, regionlarda kişik və orta biznesin inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bu sahədə nəticələrin yaxşlaşdırılması regionların sosial-iqtisadi inkişafı və əhalinin güzəranın yaxşılaşdırılmasına güclü təkan verər".

Deputat qeyd etdi ki, qaldırdıqları məsələlər arasında pensiya məsələsi xüsusi yer tutdu:

"Ona görə ki, pensiya sadəcə sıradan bir sosial məsələ deyil, o həm də çox ciddi bir siyasi məsələdir.Ona görə də bu həssas məsələ cəmiyyətin gözləntiləri baxımından çox həssas baxılmasını zəruri edir. Pensiya sahəsində islahatlar həyata keçirilməlidir.Lakin bu islahatlar indiyə qədər olduğu kimi, pensiya yaşının artırılması istiqamətində yox, pensiya sahəsində həlli vacib olan bir sıra digər istiqamətlərdə olmalıdır: Dövlət Sosial Müdafiə Fondunna əlavə vəsit cəlb edilməsini mənbələrindən istifadənin səmərəliliyi artırılmalıdır. Rəsmi statistikaya görə, məşğul əhalinin yalnız 1,8 milyon nəfərə qədəri və ya 35 faizi müzdla çalışanlardır. Qalan 3,3 milyon nəfərin yarıya qədəri kənd təsərrüfatında çalışıb, vergidən əsasən azad olanlardır.Digər yarısının məşğul hissəsnin fəaliyyınin şəffaflaşdırılması Pensiya Fonduna xeyli əlavə vəsiatin daxil olmasına bu isə öz növbəsində pensiyaların artırılmasının maliiyə bazasının genişləndirilməsinə və dayanıqlılığının artırırılmasına imkan verər. Bununla yanaşı pensiya kapitalının vaxtından əvvəl istifadə edilməsi,eləcə də vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişəndə, onun pensiya kapitalının vərəsəsinə verilməsi məsələləsini də qaldırdıq. Hesab edirik ki, vətəndaş pensiyaya çıxmasından bir müddət əvvəl ona pensiya kapitalının bir hissəsindən istifadə etmək imkanı verilməsi, eyni zamanda həm də əgər vətəndaş pensiyaya çıxana qədər dünyasını dəyişərsə, onun pensiya kapitalının vərəsəsinə verilməsi sosial ədələt baxımından çox zəruridir.

Hazırda erkən təqaüdə çıxmaq hüququ yalnız beş və ya daha çox uşağı olan qadınlara verilir, lakin bugünkü şəraitdə belə ailələr çox azdır. Biz bu mexanizmi genişləndirməyi təklif etdik ki, beş il əvvəl təqaüdə çıxmaq hüququ üç və ya daha çox uşağı olan ailələrə şamil edilsin.

Qaldırdığımız məsələlər içərisində manatn alıcılıq qabiliyyətinin aşağı düşməsinin əhalinin güzəranna mənfi təsiri məsələsi də yer aldı. 2015-ci ilin üçpilləli devalvasiyası nəticəsində manatın alıcılıq qabiliyyəti xeyli aşağı düşdükdən sonra manatın məzənnəsi sabitdir. Amma manatın məzənnəsi sabit olsa da, onun alıcılıq qabiliyyəti aşağı düşməkdə davam edir və son illər bu daha güclü hiss olunur. Bir neçə il bundan əvvəl 100 manata almaq mümkün olan mal və məhsullarn indi həmin pula heç yarısını belə almaq mümkün deyil. Bu, ölkəmizin iqtisadiyyatna və əhalinin güzaranına mənfi təsir göstərir.Rəqabət Məcəlləsinin tam gücü ilə işləməsi təmin olunmalı və inhisarçılıqdan qaynanlanan qiymət manupulyasıyalarının qarşısı alınmalıdr ki, 2026-cı ildə sosial məqsədlər üçün atrılmış 17 milyard manatın çoxu inflyasiyanın “yem”inə yox, əhalinin əlavə mal və məhsul almasına yönəlsin.

Bütün bunlarla yanaşı Şəki və Qax kəndlərinin qazlaşdırılması prosesinin davam etdirilməsinin və bu işin sürətləndirilməsinin vacibliyini də qaldırdıq.Çünki Şəkinin 20-dən artıq, Qaxın isə 57 yaşayış məntəqəsindən 33-ü, yəni 60 faizə yaxını qazlaşdırılmayıb. Ona görə də Şəki və Qaxın qazlaşdırılmamış kəndləri timsalında regionlarda qazlaşmayan kəndləinin qazlaşdıılması işi sürətləndirilməlidir ki, meşələrin qırılmasından və ekoloji tarazlığın pozulmasından dəyən zərər dayandırılsın. Bununla əlaqədar olaraq bu ilin iyulunda Prezident Sərəncamı ilə yaradılmış İlisu Milli Parkına aid ərazidə yerləşən, uçotu götürülən kəndlərin ilk növbədə qazlaşdırılmasını zəruru hesab etdik. Eyni zamanda düşünürük ki, İlisu Milli Parkının yaradılması özü məqsəd xarakteri daşımayacaq. Bundan ötrü həmin ərazilərə Milli Park səviyyəsində çox yüksək statusun verilməsi, həm də İlisu Milli Parkını əhatə əhatə edən ərazidəki yaşayış məntəqələrinin abadlaşdırılması, işıq, su, yeni iş yerlərinin açılması, çox dəyərli tarixi-mədəni abidələrin bərpası və sair bu kimi mövcud problemlərin həlli istiqamətində sistemli işlər həyata keçirilməsinə geniş vüsət verilməsini vacib hesab etdik.

Büdcə müzakirələri zamnaı qaldırılan məsələlərə münasibət bildirilərkən qeyd edildi ki, irəli sürülən təkliflər 2026-cı ilin büdcəsinin imkan verdiyi dərəcədə nəzərə alınacaq".

Xədicə BAXIŞLI

Seçilən
25
6
redaktor.az

8Mənbələr