AZ

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” Zelenski

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Açığı, mən Putinin sülhə kökləndiyini görmürəm. Mən bunu açıq şəkildə eşitmirəm, o, sülhdən danışmır. O, daha da irəli gedə biləcəyini bildirir. Bunlar sülh siqnalları deyil”.Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News"a müsahibəsi zamanı jurnalistin “Putinin sülhə kökləndiyini göstərən hər hansı əlamət varmı?” sualına cavabında bildirib.

 

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna Rusiyanın vurduğu ziyanın ödənilməsində maraqlıdır və bunun reparasiya (təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət - red.) formasında həyata keçirilməsini istəyir.

“Dövlətimizin bərpası üçün vəsait əldə etmək bizim üçün prinsipial əhəmiyyət daşıyır”, — deyə Ukrayna prezidenti əlavə edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
50
bizim.media

10Mənbələr