AZ

“Onların 85%-i buna qarşıdır” -Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna cəmiyyətinin sülhə baxışı və ərazi bütövlüyü ilə bağlı son sorğuların nəticələrini paylaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Fox News” telekanalına verdiyi müsahibədə deyib.

O, müsahibəsində Donald Trampın sülh təşəbbüsləri fonunda Ukrayna xalqının mövqeyini izah edib:

“Prezident Tramp bildirdi ki, sorğulara görə əhalinin 87%-i sülh istəyir. Mən isə qeyd etdim ki, bəli, əhalinin 87%-i sülhü dəstəkləyir, lakin, eyni zamanda ukraynalıların 85%-i də qoşunların ölkənin şərqindən – Donbasdan (Donetsk və Luqansk vilayətləri – red.) çıxarılmasının qəti əleyhinədir. İnsanlar sülh istəsələr də, bu, yalnız ədalətli şərtlər daxilində olmalıdır. Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması xalq üçün qəbuledilməz və ən pis ssenaridir”.

Xatırladaq ki, Zelenski hazırda ABŞ-də Donald Tramp ilə 20 bəndlik sülh planı üzərində müzakirələrini davam etdirir.

Seçilən
20
50
redaktor.az

10Mənbələr