AZ

“TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı”nın son buraxılışı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub

İstanbul, 29 dekabr, Günel Karatepe, AZƏRTAC

Türkiyənin “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının builki son buraxılışı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərləri, eləcə də böyük şair Əhməd Cavadın və Azərbaycanın digər xalq şairlərinin şeirləri səsləndirilib.

Proqramda soydaşlarımızın birlik və bərabərliyini, eyni zamanda Azərbaycan–Türkiyə qardaşlığını əks etdirən musiqilər Azərbaycanın tanınmış ifaçıları tərəfindən təqdim olunub. Bununla yanaşı, verilişdə tarixi hadisələr xatırladılıb, xalqımızın yaddaşında dərin iz qoymuş unudulmaz xatirələr vurğulanıb.

Verilişin müəllifi və aparıcısı, soydaşımız, İstanbul Universitetinin doktorantı Səidə Ömər AZƏRTAC-a açıqlamasında bildirib ki, “Azərbaycan Rüzgarı” layihəsi Türkiyədə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb. Bu maraq nəzərə alınaraq proqramın yayımının 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur.

Seçilən
52
50
azertag.az

10Mənbələr