Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən dekabrın 22-28-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 72, tankəleyhinə 18 mina və 758 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həmçinin 932,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.