Uşakov: Tramp Putinin iqamətgahına hücum cəhdindən şoka düşüb və qəzəblənib
Qısa keçid: 29 dekabr 2025, 19:20
ABŞ Prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına hücum cəhdindən şoka düşüb və qəzəblənib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
“ABŞ prezidenti bu xəbəri eşidəndə şoka düşdü, sözün əsl mənasında qəzəbləndi və (Ukrayna tərəfindən — RT) belə dəli hərəkətləri heç təsəvvür belə edə bilmədiyini dedi”, — deyə Uşakov bildirib.
Qeyd olunur ki, 28 dekabrdan 29 dekabra keçən gecə Ukrayna Silahlı Qüvvələri Novqorod vilayətində Rusiya prezidentinin iqamətgahına qarşı terror aktına cəhd edib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov vurğulayıb ki, Ukraynanın bu terror hücumu Rusiya ilə ABŞ arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə intensiv danışıqların getdiyi bir vaxtda baş verib.
Bildirilib ki, cavab zərbələri üçün hədəflər və onların endiriləcəyi vaxt artıq müəyyən edilib.