ain.az, Apa.az portalına istinadən məlumat verir.
Hacıqabulda minik avtomobilinin aşması nəticəsində 3 nəfər xəsarət alıb.
APA-nın Mİl-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.
Onlardan Bakı sakini, 2003-cü il təvəllüdlü Səfərov Murad Əkbər oğlu və Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 2009-cu il təvəllüdlü Bayramlı Murad Taleh oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu əməliyyata götürülüb. Daha bir nəfər ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.