AZ

Tramp Putinlə telefonla danışıb

Vaşinqton, 29 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit sosial mediada yazıb. O, iki liderin Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsbət danışıq apardığını bildirib.

Tərəflər arasında ötən gün də telefon danışığı baş tutub. Daha sonra Tramp Floridada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
77
26
azertag.az

10Mənbələr