ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bosniya və Herseqovinanın Nazirlər Şurası çətənənin (kannabis) tibbi məqsədlərlə istifadəsinə icazə verən qərar qəbul edib.
Moderator.az bu barədə "Vijesti" portalına istinadən xəbər verir.
Hökumətin qərarına əsasən, çətənə maddəsi qəti qadağan olunan 1-ci qrupdan, istifadəsinə ciddi nəzarət altında və tibbi məqsədlərlə icazə verilən 2-ci qrupa keçirilib.
Qeyd edək ki, bu qrupa artıq uzun illərdir səhiyyə sistemində istifadə olunan tiryək və morfin kimi maddələr daxildir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.