AZ

Zelenski: Rusiya Kiyevdəki hökumət binalarına zərbələr endirməyə hazırlaşır

Rusiya Federasiyası Kiyevdəki hökumət binalarına zərbələr endirmək üçün zəmin hazırlayır.

Moderator.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bu, Rusiya Federasiyasının daha bir yalanıdır. Dünən Trampla görüşümüz olduğu aydındır. Həmçinin aydındır ki, əgər ABŞ ilə mübahisəmiz yoxdursa və irəliləyiş əldə ediriksə bu, ruslar üçün uğursuzluqdur. Çünki onlar bu müharibəni bitirmək istəmirlər. Onlar bunu yalnız onlara təzyiq göstərməklə bitirə bilərlər. Və əminəm ki, onlar səbəb axtarırdılar", - deyə Zelenski bildirib.

Zelenski həmçinin əlavə edib ki, açığı, o, dünən Rusiya tərəfindən oxşar ritorika gözləyirdi.

“Görürsünüz, onlar daha da irəli gedirlər. İndi isə, hansısa yaşayış yerinə hücum edildiyini açıqlamaqla, əminəm ki, onlar sadəcə olaraq, paytaxta və yəqin ki, hökumət binalarına zərbələr endirmək üçün zəmin yaradırlar”, - deyə prezident bildirib.

O, sentyabr ayında Ukrayna Nazirlər Kabinetinin binasına raket zərbəsi endirilməklə oxşar bir hadisənin baş verdiyini xatırladıb.

Seçilən
36
50
moderator.az

10Mənbələr