Şiddətli qar Türkiyənin 17 vilayətində məktəblərin ləğv edilməsinə səbəb olub.
Van, Ağrı, Sinop, Bartın, Düzce, Bitlis, Bolu, Muş, Zonguldak, Karabük, Kastamonu, Kırşehir, Mardin və Hakkari vilayətlərinin hakimiyyət orqanları güclü qar yağışı səbəbindən dərslərin ləğv olunduğunu açıqlayıb. Şırnak da daxil olmaqla, bir neçə başqa vilayətdə bəzi məktəblər bu gün bağlanıb.
Bundan əlavə, bəzi bələdiyyələr qar yağışı səbəbindən bir neçə universitetdə dərslərin ləğv olunduğunu açıqlayıblar.
Ötən həftənin sonunda Türkiyəyə “Sibir” şaxtaları gəlib və soyuq hava ilə birlikdə qar yağışı da başlayıb. 17 vilayətdə qar yağışı səbəbindən 29 dekabr üçün sarı xəbərdarlıq elan edilib.
//Samir Qurbanov, Editor.az