ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Mən musiqiçiləri hər zaman yüksəkdə görmək istəyirəm. Çünki onlar həmişə ölkədə tanınıb, hörmətli olublar. Bizim də borcumuzdur ki, bu hörməti qoruyub, saxlayaq".
Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib. Musiqiçi həmkarlarına səslənərək bildirib:
"Əziz musiqiçilər, bizim yerimiz səhnədir, orada ifa etməkdir, alqışlardır. Toydan öncə hansısa müğənni bəy-gəlinin otağına sizi aparırsa, bununla razılaşmayın. O müğənni çox böyük səhv edir. Özünüzə hörmət qoyun, hörmət tələb edin".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.