AZ

Xarici media Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən yazdı

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Moskvada "İRS-Naslediye" jurnalının Azərbaycan tarixindəki mühüm və simvolik tarixlərə, eləcə də bəzi mədəni irs obyektlərinə həsr olunmuş buraxılışı işıq üzü görüb.

Xarici media Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən yazdı

İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərinin 5-ci ildönümü jurnalın nömrəsində mərkəzi yeri tutur. Baş redaktor Musa Mərcanlının redaksiya köşəsində qeyd olunur ki, nömrənin hazırlanması zamanı bu əlamətdar tarix ölkədə ən yüksək səviyyədə qeyd olunub, o cümlədən Türkiyə və Pakistan dövlətlərinin hərbi hissələrinin iştirakı ilə Bakıda hərbi parad keçirilib.

2026-cı ildə "Tramp marşrutu" layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq ki, bu da Ermənistan üçün böyük bir fürsətdir. "Türkiye today" xəbər verir ki, bunu dekabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsində çıxış edərkən bəyan edib.

"Biz 2026-cı ildə "Tramp marşrutu" layihəsinin praktiki mərhələsinə daxil oluruq, lakin bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırışdır. Çünki bu gün biz 8 avqust 2025-ci il tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və həmin texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək", - deyə Nikol Paşinyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
oxu.az

10Mənbələr