Reyting.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İsrail ordusu dünyada ilk dəfə lazer əsaslı Hərbi Hava Müdafiə Sistemi və "Dəmir Şüa" adlı yeni kompleksi silahlanmaya qəbul edib. Yeni lazer silahının həm də çoxsəviyyəli hava hücumundan müdafiə sistemlərinə inteqrasiya olunacağı bildirilir.
Reyting.az-ın məlumatına görə, İsrail Müdafiə Qüvvələri "Dəmir Şüa" adlı lazer əsaslı HHM sisteminin silahlanmaya qəbul olunduğunu təsdiqləyib.
İsrail Müdafiə Nazirliyindən və "RAFAEL" şirkətindən bildiriblər ki, bu sistem sınaqlar zamanı raketləri, minaatan mərmiləri və pilotsuz uçuş aparatlarını yanılmadan, elə ilk cəhddəcə uğurla məhv edib.
Yeni lazer kompleksi İsrailin Hərbi Hava Qüvvələrinin çoxsəviyyəli HHM sisteminə daxil edilməklə, eyni zamanda "Dəmir Günbəz" və "Davudun Sapandı", həmçinin "Hets" sistemlərini kompleks tamamlamış olacaq. Sistem həlak olmuş zabit Eytan Osterin xatirəsinə "Or Eytan" adlandırılıb.
İsrailin hərbi qurumları yeni silahın həm də müdafiə lazerləri dövrünün başlanğıcı olduğunu bildiriblər.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.