AZ

Qırğızıstanla əməkdaşlıq müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Qırğızıstan şəhərsalma-memarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “X” hesabında paylaşım edib.

"Bu gün Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə ölkələrimiz arasında strateji tərəfdaşlıq və şəhərsalma-memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.

Xüsusi olaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması istiqamətində Qırğızıstanın göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk. Cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindəndir. İnanırıq ki, Qırğızıstanla gələcəkdə birgə layihələrimizi daha da uğurla inkişaf etdirəcəyik.

Sonda Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13 Azerbaijan) fəal iştirak etməyə dəvət etdik”, - paylaşımda qeyd edilib.

Seçilən
13
35
hafta.az

10Mənbələr