Azpost portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən əraziyə zərbə endirildiyini təsdiqləyib.
Bu barədə o, İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Gəmilərə narkotik yüklədikləri liman ərazisində böyük bir partlayış baş verdi. Bütün qayıqları partlatdıq və indi həmin əraziyə də zərbə endirdik”, – deyə Amerika lideri qeyd edib.
Donald Tramp hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb və zərbə endirilən ərazinin dəqiq yerini göstərməyib.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.