“Qarabağ”ın hücumçusu Nəriman Axundzadə “Qarabağ Ordu” azarkeş klubu ilə birgə “Ümid yeri” uşaq sığınacağını ziyarət edib.
Sportinfo.az xəbər verir ki, 21 yaşlı futbolçu bu barədə paylaşım edib.
O, Yeni İl münasibətilə uşaqlarla birgə vaxt keçirib, imzalı forma və hədiyyələr verib.
Bir müddət öncə eyni addımı “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev də atmışdı.
O, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Bakıda “Qarabağ” - “Ayaks”(2:4 ) matçını Qadın və Uşaq Sığınacağında tək izləyən azyaşlı Əkbəri ziyarət edərək digər uşaqlara da hədiyyələr vermişdi.
Sözügedən görüntüləri təqdim edirik:




