"Latsio"nun baş məşqçisi Mauritsio Sarri ürək əməliyyatı keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə futbol klubunun veb-saytı məlumat verib.
66 yaşlı mütəxəssisə ürək qulaqcığının fibrillyasiyası diaqnozu qoyulub. Məlumata görə, əməliyyat uğurlu keçib və Sarri yaxın günlərdə vəzifəsinin icrasına qayıdacaq.
Qeyd edək ki, hazırda "Latsio" A Seriyasının turnir cədvəlində səkkizinci yerdədir.
Sarri 2021-ci ildə komandanın sükanı arxasına keçib. O, 2024-cü ilin martında vəzifəsindən ayrılıb, lakin 2025-ci ilin iyununda kluba qayıdıb.