Bakı. Trend:
ABŞ ordusu İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü məqsədilə“Boeing” şirkəti ilə 8,57 milyard dollar dəyərində müqaviləimzalayıb.
Trend xəbər verir ki, bubarədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədədyeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, quraşdırılmasını,sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir.Sənəddə, həmçinin tədarük ediləcək təyyarələrin sayının əlavə 25ədəd artırılması seçimi də nəzərdə tutulub.
Pentaqon “Boeing” şirkətinin müqavilə üzrə bütün öhdəliklərini2035-ci ilin sonunadək yerinə yetirəcəyini gözləyir.