ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra mətbuat konfransı keçirib.
APA xəbər verir ki, Tramp jurnalistlərdən birinin Türkiyəyə F-35 qırıcılarının verilməsi ilə bağlı sualını da cavablandırıb.
"Prezident Ərdoğan mənim çox yaxşı dostumdur, mən ona hörmət edirəm, Netanyahu da ona hörmət edir. Biz bunu nəzərdən keçiririk", - Tramp bildirib.