Zelenski müharibə bitdikdən sonra hakimiyyətdən gedəcəyinə söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib. Ukrayna lideri gələcək planlarından danışıb: “Sadəcə ailəmlə dincəlmək istəyirəm”.
Məlumata görə, Ukrayna Prezidenti müharibə başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini vəd edib.
Jurnalistin “Müharibə bitəndə postunuzu tərk edəcəksinizmi?” sualına o, qısa və konkret olaraq “Bəli” cavabını verib.
Gələcəkdə nə edəcəyi barədə sualı cavablandıran dövlət başçısı deyib:
“Əslində bilmirəm. Sadəcə dincəlmək. Mən bir az dincəlmək istəyirəm”. O, bu istirahəti ailəsi ilə birlikdə keçirmək arzusunda olduğunu xüsusilə vurğulayıb.
Zelenski həmçinin insanların müharibədən yorulduğu fikri ilə razılaşıb:
“Sizinlə razıyam, insanlar yorulublar. Düşünürəm ki, heç kim bunun bu qədər uzun çəkəcəyini bilmirdi. Bilirsiniz, heç ruslar da bilmirdilər. Doğrudan. Onlar elə düşünürdülər ki, hər şey iki həftəyə bitəcək”.
Xuraman Etibarlı
İnterpress.az