AZ

Uşaqları işçilərin evində gizlədilən bağça ilə bağlı rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, biləcəridəki 298 saylı körpələr evində qalmaqal yaşanıb. Valideynlərin iddiasına görə, müdir qeydiyyatsız uşaqları yoxlama zamanı bağça işçilərinin evlərinə göndərib və bu, valideynlərdən gizlədilib.

Mövzu ilə bağlı Redaktor.az olaraq Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq. Cavabda bildirilir ki, paytaxtdakı 298 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq:

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir”.

Seçilən
117
1
redaktor.az

2Mənbələr