Ajans.az xəbər verir ki, bu barədə vilayət administrasiyası məlumat yayıb. Bildirilib ki, Ezine rayonunda yerləşən qızlar üçün nəzərdə tutulmuş yataqxanada qalan 55 nəfərdən 26-nın yeməkdən sonra vəziyyəti pisləşib. Başgicəllənməsi və bulantı şikayəti olan şagirdlər xəstəxanaya çatdırılıblar. Onlardan 19-u ilkin yardımdan sonra evə buraxılıb, 7 nəfərinin isə müalicəsi xəstəxana şəraitində davam edir. Hadisə ilə bağlı araşdırma başladılıb.