AZ

2025 ci ildə ən yaxşı batareyası olan smartfonlar

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə istehsalçılar kütləvi şəkildə smartfonlara 7 000 mAh və daha böyük tutuma malik silisium-karbon batareyalar quraşdırmağa başlayıblar. Nəticədə yeni modellərin avtonom işləmə müddəti xeyli artıb.Oxu.Az xəbər verir ki, bu barədə "GSMArena" nəşri məlumat yayıb.Nəşrin jurnalistləri bazardakı ən uzunömürlü 10 smartfonun reytinqini tərtib ediblər. 2025-ci il reytinqinə "OnePlus 15" flaqmanı başçılıq edib. "GSMArena"nın qarışıq testində smartfon 23 saat 7 dəqiqə işləyib.

İkinci yerdə "Oppo Find X9 Pro" qərarlaşıb - 21 saat 57 dəqiqə. İlk üçlüyü isə "iQOO 15" tamamlayıb - 21 saat 47 dəqiqə.İlk onluğa daxil olan digər smartfonlar:

"Realme GT 7" - 21 saat 06 dəqiqə;

"Realme GT 8 Pro" - 20 saat 24 dəqiqə;

"Nubia Z80 Ultra" - 20 saat 13 dəqiqə;

"RedMagic 11 Pro"- 20 saat 02 dəqiqə;

"Xiaomi Poco F8 Ultra" - 18 saat 52 dəqiqə;

"HONOR Magic 8 Lite" - 17 saat 58 dəqiqə;

"iPhone 17 Pro Max" - 17 saat 58 dəqiqə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
demokrat.az

1Mənbələr