AZ

İŞİD-ə qarşı əməliyyat:17 nəfərsaxlanıldı

Ankarada terror təşkilatı İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ankara Respublika Baş Prokurorluğunun məlumatına görə, terrorla mübarizə çərçivəsində aparılan istintaq tədbirləri nəticəsində 17 şübhəli saxlanılıb.

Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Baş Prokurorluğun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı əldə olunan rəqəmsal materialların təhlili əsasında şübhəlilərin münaqişə bölgələri ilə əlaqələrinin olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdiklərinə dair dəlillər müəyyən edilib.

Məlumata görə, saxlanılan şəxslərdən 11-i xarici ölkə vətəndaşı, 6-sı isə Türkiyə vətəndaşıdır. Barələrində məhkəmənin qərarı ilə saxlanılma tədbiri görülən bütün şübhəlilər artıq tutulub.

Nuriyyə NATİQQIZI

Seçilən
114
redaktor.az

1Mənbələr