AZ

Hicama etmək nə zaman təhlükəlidir? 

Hicama proseduru sağlamlıq üçün nə qədər əhəmiyyətli olsa da, düzgün edilmədiyi təqdirdə bir sıra əks təsirlər yarada bilər...

Bəzi şəxslər prosedurdan sonra dərisində çapıq izlərinin qaldığından, dəri üzərində səpkilərin, infeksiyaların yarandığından şikayət edirlər.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Hicama Estetik Mərkəzinin rəhbəri, həkim Gülnarə Əliyevanın sözlərinə görə, hicama proseduru düzgün edilmədiyi təqdirdə bir sıra problemlər yarana bilər: “Hicama zamanı istifadə edilən materiallar dəriyə mənfi təsir göstərmir, allergik reaksiya vermir. Kəsiklər isə düzgün edildiyində heç bir halda çapıq izləri qalmır. Düzgün edilməyən hicama zamanı təzyiq aşağı düşə, bədəndə çapıq izləri yarana və qanazlığına səbəb olar bilər. İstifadə olunan alətlər əvvəlcədən steril vəziyyətdə olan birdəfəlik vasitələrdir və pasiyentə tətbiq edildikdən sonra utilizasiya olunur. Kimsə yuyub istifadə edirsə, bu, artıq virus infeksiya mənbəyidir ki, bir xəstədən digərinə hər hansısa infeksiya keçə bilər. Ümumiyyətlə, bütün steril qaydalara riayət edilməlidir. İstifadə edilən bankalar plastik olduğu üçün onları qaynatmaq və yenidən steril etmək mümkün deyil”.

Həkim qeyd edib ki, hicama pasiyentin şikayətindən asılı olaraq təyin edilir: “Öncə pasiyentin qan dəyərlərinə baxılır. 14-21 gün fasilələrlə etmək olar. 14 gündən tez hicama etmək olmaz. Qanazlığına səbəb ola bilər. Dərinin liftinqi zəif olduğu zaman, üzdə ləkələr, kiçik mimik qırışlar, səpkilər, səpki izləri olduğu zaman, dəri çox quru və həssasdırsa, bu halda kosmetik hicama tövsiyə edilir. Prosedurdan sonra dəri rəngi açılır. Bu da dərinin daha gənc qalmasını təmin edir. Üz dərisi nəmlənir, qidalanır. Baş, kürək, qulunc, əzələ ağrıları, dizdə və ayaqda oturarkən yaranan problemlər, ağrılar və s. zamanı ilk hicama proseduruna müraciət olunsa, böyük ehtimal ağrılardan xilas ola bilərlər”.

Poliqon.info

Seçilən
8
1
poliqon.info

2Mənbələr