AZ

"Azərkosmos” 11 ayda ixracdan 16 milyon dollardan çox gəlir əldə edib

Baki. Trend:

Bu ilin yanvar-noyabr aylarında Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") tərəfindəndünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyktelekommunikasiya xidmətləri ixrac edib.

Trend bubarədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi(İİTKM) “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3%azdır.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumigəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə“Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərindəxidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiyaxidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları iləBirləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə,759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Məqalədə:
Seçilən
101
4
az.trend.az

10Mənbələr