AZ

Almatı hava limanında 15 reys təxirə salındı

ain.az, Axar.az saytına istinadən bildirir.

Qazaxıstanın Almatı hava limanı sərnişinləri hava şəraiti səbəbindən uçuşların təxirə salındığı və ləğv edildiyi barədə xəbərdar edib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Xabar" agentliyi məlumat yayıb.

"Paytaxtda mürəkkəb meteoroloji şərait müşahidə olunur. Hava limanı və bütün xidmətlər gücləndirilmiş rejimdə uçuşların təhlükəsizliyini təmin etmək üçün işləyir və bütün zəruri tədbirləri görür. Uçuşlar üzrə hazırkı vəziyyət: qəbul ediləcək reyslərin 11-i təxirə salınıb, 1-i ləğv edilib. Yola salınan reyslərin 4-ü təxirə salınıb", - hava limanının mətbuat xidmətindən bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
9
axar.az

10Mənbələr