AZ

Gəncə stadionunun yeni həyatı

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Gəncə şəhər stadionu gələn ilin aprel-may ayında “Kəpəz” klubunun ixtiyarına veriləcəyi gözlənilir. Bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində məlumat verib.

O, arenanın ot örtüyünün hazır vəziyyətə gətirilməsinin hava şəraiti ilə bağlı olduğunu diqqətə çatdırıb. Nazir qeyd edib ki, hazırda dəqiq tarix demək bir az çətindir. Amma yəqin ki, bu, aprel-may aylarına təsadüf edəcək və stadion oyunlar üçün hazır vəziyyətə gətiriləcək. Bu, hava şəraitindən asılı olan məqamdır. Biz gözləməliyik. Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir.

Qabil YUSİFOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
8
xalqqazeti.az

10Mənbələr