AZ

İran hücuma dərhal və sərt cavab verəcəyi barədə XƏBƏRDARLIQ EDİB

Ajans.az xəbər verir ki,bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani ABŞ prezidenti Donald Trampın İslam Respublikasına qarşı mümkün güc tətbiqi ilə bağlı açıqlamalarını şərh edərkən sosial şəbəkə X platformasında yazıb. Şamxaninin sözlərinə görə, İranın müdafiə doktrinası potensial təhdidlər reallaşmazdan əvvəl belə cavab tədbirlərini nəzərdə tutur. O bildirib ki, İranın raket və müdafiə imkanları heç bir məhdudiyyətə tabe deyil: “İranın raket və müdafiə imkanları idarəolunmazdır və icazə tələb etmir. Hər hansı hücuma onu törədənlərinədərhal və sərt cavab veriləcək”, – deyə Şamxani vurğulayıb.

 

Seçilən
119
18
Ajans.az

10Mənbələr