ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
“Milan” ilk qış transferini reallaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat ayıb."Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Partizan”dan Andrey Kostiçi sıralarına qatıb. 18 yaşlı monteneqrolu hücumçunun tezliklə komandaya qoşulacağı gözlənilir. Tərəflər arasında imzalanacaq müqavilənin uzunmüddətli olacağı bildirilib. Belqrad klubu bu transferdən təxminən 5 milyon avro və bonuslar alacaq.Andrey “Partizan”a ötən yay Monteneqronun “Buduçnost” klubundan 900000 avroya keçib. O, bu mövsüm paytaxt komandasının heyətində 27 oyuna çıxıb və 9 qol vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.