AZ

Vidadi İsayev Prezidentə qarşı - özünü Əyyubovun adamı kimi niyə təqdim edir?


Azərbaycanda son 10 gün ərzində iki hadisə baş verib ki, onların bir-biri ilə sistematik bağlantısını görməmək mümkün deyil. Biri general Bəylər Əyyubovun qardaşı oğlunun qaçaqmalçılığa görə həbsi, biri isə cəmi 1 ayın icra başçısı olan Nəsimi rayon İH rəhbərinin işdən azad olunması. Deyə bilərsiniz ki, Əyyubovun qohumunun həbsi ilə icra başçısının vəzifədən çıxarılması arasında hansı əlaqə var?
Məsələ bundadır ki, Bərdə şəhərinə 14 ildir "divan tutan" icra başçısı Vidadi İsayev hər iki hadisədən dərs çıxarmır. Nə Nəsimi rayon icra başçısının qovulması, nə Əyyubovların ətrafında baş verənlər ona təsir edir. Axı faktın birində İsayevin keçmiş həmkarının prezident sərəncamı ilə işdən azad olunması qərarı varsa, digərində birbaşa Bərdənin icra başçısını himayə edən generalın öz qohumunun həbsi diqqət çəkir. Nədən ki, İsayev hara çatdısa özünü Bəylər Əyyubovun adamı kimi təqdim edir. Yəni Prezidentin adamı yox, birbaşa generalın adamı. Halbuki icra başçıları prezidentin yerlərdə səlahiyyətli nümayəndəsidir. Amma Vidadi İsayev özünü prezidentin deyil, Bəylər Əyyubovun adamı kimi göstərir. Ona görə də harada söz düşdüsə, "mənə heç kim bata bilməz, arxamda Bəylər Əyyubov dayanıb" deyərək meydan oxuyur. Hərgah Bərdənin korrupsioner icra başçısı ən azı indi Əyyubovun adamı olduğunu deməkdən çəkinməlidi. Çünki generalın qardaşı oğlu ağır cinayətdə ittiham edilərək həbs olunub. Eyni zamanda, İsayev Balakənin başçısı olmuş İslam Rzayevin kabinetinə gələn "qara maskalı"ların günün birində ona da eyni "sürprizi" etməsindən qorxmalıdır. Lakin son vaxtlar gələn məlumatlar da daxil olmaqla, mediada yayılan xəbərlərdən görmək mümkündür ki, Vidadi İsayev nə prezidentdən, nə qanundan, nə həbsdən qorxur, bərdəliləri incitməyə davam edir. Bərdə kimi tarixi şəhəri viran qoyan, qanunsuz hərəkətləri, korrupsiya əməlləri ilə şəhəri tar-mar edən, "JEK" işçisindən tutmuş şəhid ailəsinə qədər hamıya hörmətsizliyi, qabalığı ilə yadda qalan, bölgənin ziyalılarını ayağa qaldıran İsayevin artıq vaxtı çatıb. Əyyubovun adamı kimi özünü təqdim edərək Bərdədə anti-dövlət, anti-Prezident siyasəti yürüdən, əhaliyə zülm edən, özbaşınalıqlara yol verən, yaşıllıqları genosid edən, səkiləri, parkları satan icra başçısının 2026-cı ildə bu vəzifəni davam etdirməyə haqqı çatmır.
Gəlin, mətbuatın yaydığı xəbərlərə baxaq və görək Əyyubovun adamı olan İsayev postunda qalmalıdırmı?

1.Bərdənin "Qorbaçov”u şəhərdəki 20 Yanvar şəhidləri üçün olan abidə-kompleksi dağıdaraq yerini satıb. Bu özbaşınalığı və mənəvi baxımdan kasadlığı əks etdirən hərəkəti heç bir rüşvətxor məmur bəlkə eləməzdi, İsayev edib!
2.Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 48-də yaşayan Hüseynova Sevinc Nəriman qızını səkkiz sutkalıq həbs etdirib.
Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var:

Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil

 H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil

 Şərq küç, ev 11B ünvanında xidməti mənzil

 Oğluna 100.000 manatlıq çayxana

 Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan

 "Ana və Uşaq” kafesi

 "Təchizat BCS” MMC şirkəti

 Bərdədə ikimərtəbəli mağaza

 Mixaylovka kəndində bir imarət

 Ağcakənddə ikinci böyük villa

 Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə

 90-GP-555 dövlət nişanlı Toyota Prado

90 GP 555 - Azərbaycan avtomobilləri - AUTO.AZ

 

Mercedes G63 AMG

 

Bərdədə Heydər Əliyev parkında kafe

 

Yevlaxda əzəmətli villa

Yəni daha nə olmalıdır ki, Əyyubovun adamı onun qardaşı oğlu kimi araşdırılmasın?!

Azər Talıbov
 
 
 
 

Seçilən
38
7news.az

1Mənbələr