AZ

Zahid Oruc: "İrəvana gedən yol nəhayət, açıldı, qatarlarımız ilk ziyarətçilər oldular"

"2025-ci il dünyada  hərbi-siyasi böhranlar və iqtisadi sınaqlar ili oldu. Yaxın Şərqdə xaosun coğrafiyası genişləndi, 70 mindən artıq insan həyatını itirdi. Şimal sərhəddimizdə Rusiya-Ukrayna müharibəsi 4-cü ilini tamamlamağa yaxındır və artıq regional yox, qlobal hərbi savaşdır".

Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamenti plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Cənub tərəfdə, İsrail-İran arasında 40 illik soyuq müharibə 12 günlük qitələrarası hərbi toqquşma mərhələsinə keçdi.  

"Dünya enerji bazarları davamlı qeyri-sabitlik yaşadı. Dövlətlərin bir çoxu suverenliklərini itirdilər. 2025-ci il bir həqiqəti açıq göstərdi: köhnə beynəlxalq qaydalar artıq işləmir, yeniləri isə hələ yazılmayıb. 

Lakin qlobal təhlükələr şəraitində Azərbaycan dövləti prezident İlham Əliyevin liderliyi ilə 145 rəsmi görüş, 25 mühüm beynəlxalq platfromada çıxış və imzalanan çoxsaylı strateji sənədlərlə qələbəmizi möhkəmləndirdi", - o qeyd edib. 

Deputat əlavə edib ki, İrəvana gedən yol nəhayət, açıldı, qatarlarımız ilk ziyarətçilər oldular: 
"Minsk qrupunun ləğvi ilə işğal üzərində qurulan ədalətsiz geosiyasi mexanizm tarixə qovuşdu. Bəli,  yeni dünya nizamı, qalib geosiyasi arxitektura belə qurulur. 

Rusiya ilə soyuq müharibə şəraitində milli maraqlarımızı qoruduq, İran kimi imperiya varisi ilə tarazlığı saxladıq, Türk dünyasında siyasi gündəliyi müəyyənləşdirən əsas dövlətə çevrildik. Göründüyü kimi, ölkəmiz beynəlxalq siyasətin obyekti deyil, subyektidir.

5 illik yubileyini təntənə ilə keçirdiyimiz Qələbəni dünyanın ən güclü dövlətində-ABŞ-da legitimliyini qəbul etdirmək təkcə bir ilin və regionun deyil, bütün siyasi tariximizin və dünyanın ən böyük nailiyyətidir. 

Zəfərimizin yaşı artdıqca-2030-2040-cı illərdə artıq faciə və soyqırımlar tarixə çevriləcək, nəsillərarası günahkarlıq sindromu və genetik qorxularımız keçmişdə qalacaq, işğalı, qaçqınlığı və didərginliyi görməyən, bütöv Vətənin övladları-yeni nəsil dünyaya gələcək, yeni milli kimlik qazanacağıq".

Mürtəza

Seçilən
61
5
olke.az

7Mənbələr