AZ

Medvedev Zelenskini bütün Rusiyanın məhvini istəməkdə İTTİHAM EDİB

Ajans.az xəbər verir ki,o, bu barədə özünün Telegram kanalında paylaşım edib. Medvedev yazıb ki, Zelenskinin məqsədi təkcə konkret şəxslərə deyil, bütövlükdə Rusiya dövlətinə və xalqına zərər vurmaqdır. “Hər kəsə aydındır ki, o, yalnız ‘bir nəfərin’ deyil, hamımızın və ölkəmizin ölümünü istəyir”, – deyə Medvedev qeyd edib. Onun iddiasına görə, Ukrayna Prezidenti Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə kütləvi hücumlar həyata keçirmək üçün göstərişlər verib. Medvedev daha əvvəl də Zelenski barəsində sərt ifadələr işlədib. O, Ukrayna prezidentini təhqiramiz sözlərlə tənqid edərək, Zelenskinin müharibə istədiyini iddia edib və onun bundan sonra təhlükəsizlik məqsədilə gizlənməyə məcbur qalacağını bildirib.

Rəsmi Kiyev isə Medvedevin bu açıqlamalarına hələlik münasibət bildirməyib.

Seçilən
15
Ajans.az

1Mənbələr