Müharibə bitdikdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski istirahət etmək istəyir.
Publika.az xəbər verir ki, o, bunu Amerikanın “Fox News” televiziya kanalına verdiyi müsahibədə bildirib .
"Bilmirəm. Həqiqətən də bilmirəm. Dincəlmək? Dincəlmək istəyirəm!" - deyə Ukrayna lideri münaqişə bitdikdən və vəzifəsindən getdikdən sonra nə edəcəyi ilə bağlı suala cavab olaraq bildirib.
Vladimir Zelenski Ukraynadakı münaqişə bitdikdən sonra vəzifəsindən gedəcəyini də təsdiqləyib.