AZ

Sumqayıtda avtomobil qaçıran saxlanılıb

Bakı, 30 dekabr, AZƏRTAC

Sumqayıtda şəhər sakinlərindən birinə məxsus avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək gecə saatlarında “Volkswagen” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E. Bəbirov müəyyən edilərək saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Araşdırma aparılır.

 

Seçilən
161
5
azertag.az

8Mənbələr